1 C
Baku
Thursday, February 9, 2023

Azər Hümbətov kredit təşkilatının Müşahidə Şurasına sədr seçildi

“Brand Credit Bank Olmayan Kredit Təşkilatı” MMC-nin rəhbərliyinə yeni seçim olub.

Bu barədə Banker.az-a daxil olan məlumatda deyilir.

Məlumata görə, səhmdarların qərarı ilə Azər Hümbətov “Brand Credit” BOKT-un Müşahidə Şurasının sədri seçilib.

O, 2023-cü ilin yanvarına qədər “Prior Leasing” ASC-nin İdarə heyətinin sədri və törəmə şirkət “Prior Credit BOKT” QSC-nin Müşahidə Şurasının yeni sədri idi.

Qeyd edək ki, “Brand Credit BOKT”un sədri dəyişib. Ətraflı.

BOKT 2011-ci ildə yaradılıb və onun 1 900 000 manat nizamnamə kapitalı var. Onun kapitalının 74.90%-i Yeganə Vəliyevaya, 22.26%-i Əli Hüseynova və 2.84%-i Şəbnəm Vəliyevaya məxsusdur.

BOKT 2021-ci ildə 575.22 min manatlıq xalis mənfəət əldə etsə də, kredit portfelinin həcmi 2021-ci ildə 4 milyon 265.43 min manatdan 4 min 168.17 manata düşüb.

Son xəbərlər
Digər xəbərlər
X