30 C
Baku
Friday, July 19, 2024

Azər Türk Bank 2018-ci ili mənfəətlə başa vurub

Dövlət bankı Azər Türk Bankın 01 yanvar 2019-cu il tarixinə aktivləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 10% artaraq 370,2 milyon manat səviyyəsində olmuşdur. Bankın kredit portfelinin həcmi 38 faiz yüksələrək 164,9 milyon manat təşkil etmişdir. Cəmi bank öhdəlikləri 12% artmış və 314,8 milyon manata çatmışdır.

Məcmu kapitalın həcmi 52 milyon manat olmuşdur. Qeyd edək ki, Bankın məcmu kapitalının adekvatlıq əmsalı 24%, leverec əmsalı isə 13% təşkil edir ki, bu da müəyyən edilmiş normalardan təqribən üç dəfəyə yaxın  çoxdur.

Bankın nizamnamə kapitalı 50 milyon manat səviyyəsindədir.

Ötən ilin son rübündə Bank 169 min manat həcmində xalis mənfəət əldə etmişdir.

Depozit portfeli 167,5 milyon manat həcmində olmuşdur ki, bunun da 55,3 milyon manatı əhalinin əmanətləridir.

2018-ci ildə Bankın müştərilərinin sayı iki dəfə artaraq 48 351 nəfərə çatmışdır.

1995-ci ildən fəaliyyət göstərən “Azər-Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.

 

Son xəbərlər
Digər xəbərlər