17 C
Baku
Sunday, May 26, 2024

Azər Türk Bank 2024-cü ilin birinci rübünü uğurla başa vurdu

®Dövlət bankı Azər Türk Bankın 01 aprel 2024-cü il tarixinə aktivləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 60%-dək artaraq, 1,5 milyard manat səviyyəsində olmuşdur.

Bankın kredit portfelinin həcmi 674,5 milyon manat təşkil etmişdir ki, bu da ötənilki göstəriciyə nisbətən 83% çoxdur.

Cari ilin birinci rübü ərzində Bankın gəlirləri 31,6 milyon manat, xərcləri 23,6 milyon manat olmuşdur.

2024-cü ilin ilk üç ayında Azər Türk Bank 7,9 milyon manatdan çox xalis mənfəət əldə etmişdir. 

Bankın məcmu kapitalının həcmi 30% artaraq, 86,6 milyon manat olmuşdur.

Cəmi bank öhdəliklərinin həcmi 1,4 milyard manat səviyyəsindədir.

Bankın depozit portfeli böyüyərək, 912 milyon manat təşkil etmişdir.

Əhali tərəfindən Banka 220,6 milyon manat məbləğində əmanət qoyulmuşdur. 

Bankın aktivlərinin gəlirlilik əmsalı (ROA) 1,9%, kapitalın gəlirlilik əmsalı (ROE) 27% təşkil etmişdir.

1995-ci ildən fəaliyyət göstərən “Azər-Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.

Azərbaycan Respublikası Prezidentinin 16 iyul 2022-ci il tarixli Fərmanı ilə “Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilmişdir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər