11 C
Baku
Cümə, Dekabr 3, 2021

“Azər Türk Bank” audit hesabatını açıqladı

“Azər Türk Bank”ın 2020-ci il üzrə audit hesabatı ictimaiyyətə təqdim edilib. Hesabatı audit şirkəti “Baker Tilly Azerbaijan” aparıb.

Banker.az xəbər verir ki, bankın faiz gəlirləri 21 milyon 168 min manat (əvvəlki il 21 milyon 482 min manat), faiz xərcləri 7 milyon 30 min manat (əvvəlki il 8 milyon 532 min manat), qeyri-faiz gəlirləri 6 milyon 303 min manat (əvvəlki il 8 milyon 98 min manat), qeyri-faiz xərcləri 19 milyon 778 min manat (əvvəlki il 19 milyon 859 min manat) təşkil edib.

31 dekabr 2020-ci il tarixinə “Azər Türk Bank”ın cəmi aktivləri 349 milyon 791 min manat olub ki, bu da illik müqayisədə 1.2% artım deməkdir. Bunun 160 milyon 248 min manatı müştərilərə verilmiş kreditlərdir. 2019-cu ildə bu göstərici 180 milyon 269 min manat olub.

Hesabat dövründə bankın cəmi öhdəlikləri 1.4% artaraq 297 milyon 778 min manat, cəmi kapitalı isə 0.1% artaraq 52 milyon 13 min manata çatıb.

“Azər Türk Bank”ın illik mənfəətinin həcmi isə 59 min manat təşkil edib.

Xatırladaq ki, “Azər-Türk Bank” 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 milyon manatdır. Bankın səhmlərinin 75 %-i Azərbaycan hökuməti adından çıxış edən Əmlak Məsələləri Dövlət Komitəsinə, 12,4 %-i Türkiyənin “Zıraat Bank”ına, 1,1 %-i “Zıraat Bank İnternational”a, 6,5 %-i “AzRe Təkrarsığorta” ASC-yə, 5 %-i isə “Qala Həyat Sığorta” ASC-yə məxsusdur.

at2 at1

 

Son xəbərlər
Oxşar xəbərlər
X