31 dekabr 2016-cı il tarixinə “Azər-Türk Bank” ASC Azərbaycan Mərkəzi Bankından (AMB) 100 mln. manat kredit məbləğində kredit alıb.
Bu barədə bankın 2016-cı il üzrə maliyyə hesabatında deyilir. Hesabat “Ernst&Young CIS” audit şirkəti tərəfindən aparılıb.
Sənəddə deyilir ki, dövlət bankı AMB-dən bu vəsaiti “Bank Standard” QSC-yə kredit vermək üçün cəlb edib.
Qeyd edək ki, 2016-cı ilin oktyabr ayının 4-dən “Bank Standard” QSC-də sığorta hadisəsi baş verib. “Əmanətlərin sığortalanması haqqında” qanunun 28.1-ci maddəsinə uyğun olaraq bankın qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsinə həmin ilin oktyabrın 11-dən etibarən başlanıb. 2017-ci ilin mayın 16-dək “Bank Standard” QSC-nin qorunan əmanətçilərinə 437 mln. 345 min manatdan artıq kompensasiya ödənilib ki, bu da ümumi kompensasiya öhdəliyinin 99,1%-dir.
©APA