22 C
Baku
Thursday, April 25, 2024

Azər Türk Bank ikinci rübü mənfəətlə başa vurdu

Dövlət bankı Azər Türk Bankın 01 iyul 2019-cu il tarixinə aktivləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 7% artaraq 337.9 milyon manat səviyyəsində olmuşdur. Bankın kredit portfelinin həcmi 168 milyon manat təşkil etmişdir ki, bu da ötənilki göstəriciyə nisbətən 17% çoxdur.

2-ci rübdə Bank, keçən ilin eyni dövrünə nisbətən 3 dəfədən çox, 773.9 min manat həcmində xalis mənfəət əldə etmişdir.

Məcmu kapitalın həcmi 51,9 milyon manat olmuşdur. Qeyd edək ki, məcmu kapitalın adekvatlığı 34%, leverec əmsalı 14% təşkil edir ki, bu da müəyyən edilmiş normadan yüksəkdir.

Cəmi bank öhdəliklərinin həcmi 281,9 milyon manat təşkil etmişdir.

Bank 204.4 milyon manat həcmində depozit cəlb etmişdir ki, bunun da 80.6 milyon manatı əhalinin əmanətləridir.

1995-ci ildən fəaliyyət göstərən “Azər-Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.

 

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər