21 C
Baku
Şənbə, May 21, 2022

Azər Türk Bank ipoteka kreditlərinin faiz dərəcəsini endirdi

®Dövlət bankı Azər Türk Bank hər zaman müştərilərinə müxtəlif növ kreditləri daha münasib şərtlərlə təklif etməkdədir. 

Bank 01 mart 2022-ci il tarixindən etibarən adi ipoteka kreditləri üzrə yeni kampaniyaya başlayır.

Kampaniya ərzində Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə ayrılmış adi ipoteka kreditləri üzrə illik faiz dərəcəsi Bank tərəfindən endirilərək, 7% səviyyəsində müəyyənləşdirilmişdir.

Kreditin maksimal məbləği 150 000 manat, müddəti 25 ildir.

İpoteka kreditindən faydalanaraq ev sahibi olmaq istəyən hər bir şəxs İpoteka kreditini almaq üçün Elektron Hökumət Portalında (www.e-gov.az) mövcud olan “Elektron ipoteka və kredit zəmanət” sistemində gücləndirilmiş elektron imza (asan imza, e-imza,) ilə qeydiyyatdan keçərək, müəyyən edilmiş tarixdə Azər Türk Banka müraciət edə bilər.

Kampaniyanın müddəti 30 aprel 2022-ci il tarixinədəkdir.

 Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı https://atb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 3000 945, yaxud 945 nömrəli Çağrı Mərkəzindən əldə edə bilərsiniz.

Son xəbərlər
Oxşar xəbərlər