22 C
Baku
Tuesday, April 23, 2024

Azər Türk Bank kredit faizlərinə və kartların qiymətlərinə endirim etdi

Müştərilərinin maliyyə ehtiyaclarının ödənilməsinə yardımçı olan, hər zaman onlara ən əlverişli şərtlərlə kredit təklif edən dövlət bankı Azər Türk Bank 01 fevral tarixindən növbəti endirim kampaniyasına başlayır.

15 fevral tarixinədək davam edəcək bu kampaniya çərçivəsində “İstehlak” krediti əldə etmək istəyən şəxslərə bank tərəfindən güzəştlər təklif olunur. Belə ki, 12, 24 və 36 ay müddətinə rəsmiləşdirilən bu kreditlərin illik faiz dərəcəsinə 1%-dən 3%-dək endirim tətbiq edilir. Məsələn, kampaniya ərzində 12 ay müddətinə götürülən kreditlər üzrə faizlər, adi halda olduğu kimi illik 19% deyil, 18%-lə hesablanacaqdır.

 

Kreditin müddəti Mövcud faiz dərəcəsi Kampaniya üzrə faiz dərəcəsi
12 ay 19% 18%
24 ay 23% 20%
36 ay 25% 22%

 

Həmçinin bu kampaniyada plastik kart əldə etmək istəyən müştərilər üçün də əhəmiyyətli güzəştlər nəzərdə tutulmuşdur. Belə ki, kampaniya müddətində Azər Türk Banka müraciət edənlər, xüsusi imkan və üstünlüklərə malik VISA / MasterCard Gold və VISA / MasterCard Platinum kartlarını 75 faiz endirimlə əldə edəcəklər.

 

Kartın növü Müddət Tarif qiyməti Kampaniya üzrə qiymət
VISA/MC Gold 1 illik   30.00 ₼ 7.50 ₼
2 illik   45.00 ₼ 11.25 ₼
3 illik   60.00 ₼ 15.00 ₼
VISA/MC Platinium 1 illik   50.00 ₼ 12.50 ₼
2 illik   75.00 ₼ 18.75 ₼
3 illik 100.00 ₼ 25.00 ₼

 

Bunun üçün Bankın istənilən xidmət ofisinə gələrək şəxsiyyəti təsdiq edən sənədi təqdim etməklə, yaxud http://azerturkbank.az/online/card/ ünvanına daxil olaraq onlayn sifariş vermək olar. Sifariş  üç iş günü, yaxud təcilidirsə, qəbul olunmuş şərtlər nəzərə alınmaqla, bir gün ərzində yerinə yetirilir.

 

Bankın xidmət şəbəkəsi, məhsul və xidmətləri barədə daha ətraflı məlumatı www.azerturkbank.az saytından, Bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 777 0 945, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərsiniz.yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərsiniz.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər