16 C
Baku
Şənbə, Oktyabr 23, 2021

“Azər Türk Bank” mənfəət açıqladı

Azər Türk Bank 2020-ci ilin ikinci rübünü 26 min manat xalis mənfəətlə başa vurub. Bununlada, bank mənfəətlə işləyən təşkilatlar sırasında qalmağa nail olub.

Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.

Bu ilin birinci yarısında Azər Türk Bankın gəlirləri 15 milyon 114 min manat, xərcləri 14 milyon 657 min manat  olub.

Cari ilin iyul ayının 1-nə bankın cəmi aktivləri 337 milyon 522 min manat olub ki, bunun 167 milyon 117 min manatı müştərilərə verilmiş kreditlərdir.

Hesabat dövründə “Azər Türk Bank”ın öhdəlikləri 281 milyon 747 min manat təşkil etmişdir, o cümlədən depozit portfeli163 milyon 357 min manat, kapitalı  55 milyon 775 min manat təşkil edib.

Bildirək ki, 1995-ci ildən fəaliyyət göstərən “Azər Türk Bank”ın səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.

Son xəbərlər
Oxşar xəbərlər