26 C
Baku
Saturday, July 27, 2024

“Azər Türk Bank” mənfəət əldə edib, depozit portfeli böyüyüb

“Azər Türk Bank” 2020-ci ilin birinci rübünü 376 min manat xalis mənfəətlə başa vurub. 2019-cu ilin müvafiq dövründə isə bankın xalis mənfəəti 391 min manat təşkil etmişdir. Belə ki, illik müqayisədə bankın mənfəəti 4% azalıb.

Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.

2020-ci ilin yanvar-mart aylarında bankın cəmi gəlirləri 7 milyon 362 min manat (illik müqayisədə 6,4% az), cəmi xərcləri isə 7 milyon 419 min manat (illik müqayisədə 0,8% çox) olub.

“Azər Türk Bank”ın cəmi aktivləri 338 milyon 203 min manat olub ki, bu da ötən ilin eyni dövrünə nisbətən aktivlərin 3% azalması deməkdir. Bunun 169 milyon 822 min manatını müştərilərə verilmiş kreditlər təşkil edir. Bankın kredit portfeli son bir ildə 9% kiçilib.

Bankın öhdəlikləri 3,4% azalaraq 282 milyon 163 min manat, o cümlədən depozit portfeli 5% artaraq 189 milyon 59 min manat, cəmi kapitalı isə 0,8% artaraq 56 milyon 39 min manat olub.

Son xəbərlər
Digər xəbərlər