7 C
Baku
Wednesday, February 28, 2024

“Azər-Türk Bank” səhmdarlarından qərar: bu şəxslərin səlahiyyət müddətləri uzadıldı

Dekabrın 3-də “Azər-Türk Bank” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçirilmişdir.

Bankın mətbuat xidmətindən Banker.az-a verilən məlumata görə, iclasda təşkilatın idarəetmə orqanlarının səlahiyyət müddətinin uzadılması barədə məsələyə baxılıb.

Qəbul edilən qərara əsasən, “Azər-Türk Bank” ASC-nin Müşahidə Şurası, Audit Komitəsi və İdarə Heyəti üzvlərinin eyni tərkibdə səlahiyyət müddəti uzadılıb. 1995-ci ildən fəaliyyət göstərən “Azər-Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.

Son xəbərlər
Digər xəbərlər