Azər Türk Bank sahibkarlara pulsuz kartlar, ödənişsiz xidmətlər təklif edir

®Dövlət bankı Azər Türk Bankla əməkdaşlığa başlayan təsərrüfat subyektləri öz əməkdaşları üçün maaş kartlarını, sayına məhdudiyyət qoyulmadan, Bankdan pulsuz əldə etmək imkanı qazanırlar.

Şirkətin biznes fəaliyyəti ilə bağlı, rəhbər şəxsləri və əməkdaşları tərəfindən ezamiyyə, nümayəndəlik və digər təsərrüfat xərclərinin ödənişi üçün istifadə olunan Biznes kartları da Bank tərəfindən hədiyyə edilir.

Həmçinin özündə həm ənənəvi ödəniş kartı, həm də hesablaşma hesabı imkanlarını cəmləşdirən, bütün bank xidmətlərini aparmaq üçün yaradılmış universal alət olan Sahibkar kartını Azər Türk Bank öz müştərilərinə pulsuz təklif edir.

Qeyd edək ki, əməkhaqqı kartı sahibləri avtomatik olaraq SMS bildiriş xidmətinə ödənişsiz qoşulur, Bankın müasir ATB360 Mobil əlavəsindən istifadə imkanı əldə edə bilirlər. 

Banka məxsus Mobil əlavə, ATM və internet səhifəsi vasitəsilə Card to Card – kartdan ölkənin istənilən bankının kartına AZN köçürmələri zamanı heç bir komissiya tutulmur.

Azər Türk Banka aid əməkhaqqı kartları ilə ölkə ərazisindəki bütün bankomatlardan vəsaitin komissiyasız nağdlaşdırılması mümkündür.

Hüquqi şəxslər, fərdi sahibkarların heç bir ödəniş etmədən, fərqli valyutalarda müxtəlif növ hesablar açmaq  üçün  Azər Türk Bankın internet səhifəsindən onlayn müraciət göndərmələri kifayətdir. 

Azər Türk Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı https://atb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 7770 945, yaxud (012) 945 nömrəli çağrı mərkəzindən əldə edə bilərsiniz.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.