14 C
Baku
Thursday, March 28, 2024

“Azər Türk Bank” səhmdarların ümumi yığıncağı bunları müzakirə etdi

İyunun 13-də “Azər-Türk Bank” ASC-nin (ATB) səhmdarlarının növbəti ümumi yığıncağı keçirilmişdir.

Bu barədə Banker.az-a ATB-dən bildirilir.

Bankın mətbuat xidmətindən verilən məlumata görə, iclasda “Ernst & Young” (EY) audit şirkətinin “Azər-Türk Bank” ASC-nin 2018-ci il üzrə maliyyə hesabatının təsdiq edilməsi barədə qərar qəbul olunub.

Audit olunmuş hesabata görə, 31 Dekabr 2018-ci il tarixinə bankın cəmi aktivləri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 11% artaraq 366,8 milyon manat səviyyəsində olmuşdur. Kredit portfelinin həcmi 38 faiz yüksələrək 165,3 milyon manat təşkil etmişdir. Cəmi bank öhdəlikləri 12% artmış və 314,9 milyon manata çatmışdır. 2018-ci ildə Bankın ümimi gəlirləri 24,4 milyon manat olmuş, xalis mənfəəti isə iki dəfədən çox artaraq 2 114 min manat təşkil etmişdir.

2018-ci ildə Bankın müştərilərinin sayı iki dəfə artmışdır.

1995-ci ildən fəaliyyət göstərən “Azər-Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.

 

Son xəbərlər
Digər xəbərlər