29 C
Baku
Thursday, June 30, 2022

“Azər Türk Bank”da yeni təyinat

Orxan Hüseynov “Azər Türk Bank” ASC-nin İdarə Heyətinin sədri vəzifəsinin icraçısı təyin olunub.

Bu barədə Trend-ə maliyyə dairələrindən məlumat verilib.

Bu vəzifə Xalid Əhədovun Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri vəzifəsinin icraçısı təyin olunmasından sonra vakant qalmışdı.

Bu təyinata qədər Orxan Hüseynov “Bank Standard”ın İdarə Heyətinin sədr müavini vəzifəsində çalışırdı.

Son xəbərlər
Oxşar xəbərlər