8 C
Baku
Wednesday, October 30, 2024

Azər Türk Bankdan “Səyahət həyəcanı” 

Azər Türk Bankın “Səyahət həyəcanı” kampaniyasının başa çatmasına cəmi 12 gün qaldı. 01 iyul tarixindən start verilmiş kampaniyanın həyata keçirilməsində əsas məqsəd nağdsız ödənişlərin həcminin artırılmasıdır. Kampaniyanın yekununda Azər Türk Bankın ödəniş kartları vasitəsilə ən çox sayda əməliyyat aparmış müştərilər arasından 3 nəfər qalib müəyyən olunacaq. Qaliblərin seçimi zamanı əməliyyatların sayı ilə yanaşı, məbləği də nəzərə alınacaq. “Səyahət həyəcanı”nın qalibi olmuş müştərilər xaricdə bir həftəlik istirahət imkanı qazanacaqlar.

İqtisadiyyatın real sektoruna maliyyə dəstəyinin verilməsini özünün əsas missiyası kimi müəyyənləşdirmiş “Azər Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur. Bankın xidmət şəbəkəsi, məhsul və xidmətləri barədə daha ətraflı məlumatları www.azerturkbank.az saytından, Bankın sosial şəbəkələrdəki korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə etmək olar.

Son xəbərlər
Digər xəbərlər