14 C
Baku
Tuesday, May 14, 2024

“Azər Türk Bank”ın mənfəəti və gəlirləri kəskin artıb

“Azər Türk Bank” 2022-ci ilin 2-ci rübünü 812 min manat mənfəətlə başa vurub. Ötən ilin eyni dövründə bankın mənfəəti 448 min manat təşkil edib ki, bu da illik müqayisədə 1.8 dəfə artım deməkdir.

Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.

GƏLİRLƏRİ KƏSKİN ARTIB

Yanvar-iyun aylarında “Azər Türk Bank”ın gəlirləri 23 milyon 219 min manat (əvvəlki ilə nisbətən 60% çox), xərcləri isə 22 milyon 231 min manat təşkil edib.

BANK BÖYÜYÜB, KREDİT PORTFELİ ARTIB

Bu ilin iyulun 1-nə bankın aktivləri 598 milyon 969 min manat olub ki, bu da ötən ilin sonuna nisbətən 47% artım deməkdir. Bunun 286 milyon 740 min manatı müştərilərə verilmiş kreditlərdir. Belə ki, bankın kredit portfeli 23% böyüyüb.

DEPOZİT PORTFELİ BÖYÜYÜB

Hesabat dövründə bankın cəmi öhdəlikləri 54.2% artaraq 540 milyon 352 min manat, cəmi kapitalı isə 3% artaraq 58 milyon 617 min manat, o cümlədən depozit portfeli 7.3% artaraq 222 milyon 609 min manat təşkil edib.

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər