11 C
Baku
Cümə axşamı, Oktyabr 28, 2021

“Azər Türk Bank”ın son maliyyə durumu açıqlanıb

“Azər-Türk Bank”  2021-ci ilin 1-ci rübünü 520 min manat xalis mənfəət ilə başa vurub. Ötən ilin eyni dövründə bankın mənfəəti 376 min manat olmuşdur. Belə ki, cari ildə “Azər Türk Bank”ın mənfəəti 1.4 dəfə və ya 38.3% artıb.

Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.

XƏRCLƏRİ AZALIB

Bu ilin birinci rübündə “Azər Türk Bank”ın gəlirləri 6 milyon 930 min manat, xərcləri isə 6 milyon 298 min manat olub. 2020-ci ilin eyni rübündə isə bankın gəlirləri 7 milyon 632 min manat, xərcləri isə 7 milyon 419 min manat təşkil edib. İllik müqayisədə bankın gəlirləri 9.2% , xərcləri isə 15% azalıb.

Yanvar-mart aylarında  “Azər-Türk Bank”ın aktivləri 330.579 milyon manat olub ki, bu da ötən ilin sonuna nisbətən 8% azdır. Bunun 162.463 milyon manatı müştərilərə verilmiş  kreditlərdir.

DAŞINMAZ ƏMLAK KREDİTLƏRİ VƏ İSTEHLAK KREDİTLƏRİ ARTIB

Müştərilərə verilən istehlak kreditləri 42.243 milyon manatdan 43.759 milyon manata, daşınmaz əmlak kreditləri 86.284 milyon manatdan 91.184 milyon manata yüksəlib, biznes kreditləri isə 38.833 milyon manatdan 27.520 milyon manata düşüb.

41 42 43

 

Son xəbərlər
Oxşar xəbərlər