8 C
Baku
Sunday, January 29, 2023

“Azəralüminium” il ərzində 100 mln. dollara yaxın məhsul ixrac edib

Bu ilin yanvar-avqust aylarında “Azərbaycan Sənaye Korporasiyası” ASC-yə məxsus “Azəralüminium” MMC 98 milyon 218 min ABŞ dolları dəyərində məhsul ixrac edib.

Bu barədə Korporasiyadan bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3.4 % çoxdur.

8 aylıq ixracın 96%-dən çoxu ABŞ, Türkiyə, Rusiya, Belarus, Avropa İttifaqı və digər ölkələrin payına düşüb. O cümlədən ABŞ-a ixracın dəyəri 8,8 % artaraq 31 milyon 719 minABŞ dolları olub.

“İstehsal edilən məhsulların miqdarının və çeşidinin artırılması, müasir texnologiyaların cəlb edilməsi, yüksək elm tutumlu alüminium məhsulların istehsalı məqsədilə texniki iqtisadi əsaslandırma tədqiqatları aparılıb, alüminium yayma texnoloji avadanlıqlarının istehsalı üzrə dünya lideri olan Almaniyanın “ACHENBACH” şirkəti ilə birgə müəssisə yaradılıb ki, hazırda bu istiqamətdə layihə işləri aparılır. Eyni zamanda, Daşkəsən rayonunda yerləşən Zəylik Alunit yatağından istifadə etməklə gil torpaq və gübrə istehsalının, həmçinin, yerli neft koksundan istifadə etməklə alüminium istehsalının əsas xammalarından biri olan anod bloklarının istehsalının təşkil edilməsi istiqamətində xarici ölkə mütəxəssisləri cəlb edilməklə alüminium sənayesinin idxaldan azad edilməsinə yönəlmiş texniki iqtisadi araşdırmalar aparılır”, – deyə məlumatda qeyd olunub.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər
X