27 C
Baku
Saturday, July 27, 2024

“Azəralüminium”un xaricə məhsul satışından gəliri azalıb

2020-ci ilin yanvar-dekabr aylarında “Azəralüminium” MMC 98 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.

Banker.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın yanvar sayında olan məlumata istinadən xəbər verir.

2019-cu ilin yanvar-dekabr aylarında “Azəralüminium”un ixrac etdiyi məhsulların dəyəri 115.5 milyon manat olub ki, bu da illik müqayisədə MMC-nin gəlirlərinin 17.5 milyon dollar və ya 15.2% azalmasıdır.

Qeyd edək ki, “Azəralüminium” 2018-ci ildə yaradılıb və “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin törəmə müəssisəsidir.

Son xəbərlər
Digər xəbərlər