26 C
Baku
Saturday, July 27, 2024

Azərbaycan əczaçılıq məhsullarının istehsalına ayırdığı pulun miqdarını açıqladı

Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda Kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 901 milyon manatlıq məhsul istehsal edilib.

Banker.az Dövlət Statistik Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əczaçılıq məhsullarının istehsalı 8.8 dəfə, rezin və plastik kütlə məmulatlarının istehsalı 19.1%, kimya sənayesi isə 13.2% artıb.

Həmçinin əsas kimya məhsullarından metanol istehsalı 14.2%, propilen istehsalı 6.7%, etilen istehsalı 4.2% artıb. Rezin və plastik kütlə məmulatlarından məsaməli polistirol lövhələr və zolaqların istehsalı 2.3 dəfə, bərk polipropilen boruların istehsalı 14.8% artıb.

Son xəbərlər
Digər xəbərlər