26 C
Baku
Saturday, July 27, 2024

Azərbaycan ƏDV-nin differensiallaşmasına başlayır

Yanvarın 1-dən etibarən Azərbaycanda ƏDV-nin differensiallaşmasına başlanılacaq. “Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.

S.Ələkbərovun sözlərinə görə, bu məsələ üzrə bəzi dövlət qurumları ilə müəyyən fikir ayrılıqları mövcuddur: “Bu, layihədir. Amma hələlik buna qarşı müqavimət var”.
Nazir müavini deyib ki, bu il olduğu kimi, gələn il də Nazirlik üçün ağır il olacaq.

Son xəbərlər
Digər xəbərlər