Azərbaycan əhalisi əczaçılıq məhsullarına 353 milyon manat xərcləyib

İstehlakçılar Azərbaycanın pərakəndə ticarət şəbəkəsində bu ilin yanvar-may aylarında  əczaçılıq məhsulları və tibbi ləvazimatlarına 353.9 milyon manat xərcləyib.

Banker.az Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən xəbər verir ki, əczaçılıq məhsulları və tibbi ləvazimatların alışında illik müqayisədə 34.4% artım var.

Qeyd edək ki, 2021-ci ilin yanvar-may aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 15 240.6 milyon manatlıq mal satılıb.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.