1 C
Baku
Cümə, Yanvar 21, 2022

Azərbaycan əhalisi avtomobil yanacağının alışını azaldıb

Bu ilin yanvar-noyab aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində satdığı avtomobil yanacağından əldə etdiyi gəlirin məbləği məlum olub.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə (DSK) istinadən xəbər verir.

Hesabat dövründə ölkənin pərakəndə ticarət şəbəkəsində satılan avtomobil benzini və dizel yanacağından 1 869.1 milyon manat gəlir əldə olunub. 2019-cu ilin 11 ayında isə avtomobil yanacağından 1 911.4 milyon manat gəlir əldə edilmişdir ki, bu da illik müqayisədə 2.2% azdır.

Onu da qeyd edək ki, cari ilin yanvar-oktyabr ayında isə pərakəndə ticarət şəbəkəsində satılan avtomobil yanacağından 1 708.7 milyon manat gəlir əldə olunmuşdur.

Belə ki, təkcə noyabr ayında isə 160.4 milyon manatlıq avtomobil benzini və dizel yanacağı satılıb ki, bu da oktyabr ayı ilə müqayisədə 22.3% azdır.

Son xəbərlər
Oxşar xəbərlər