Azərbaycan əhalisi bu il 107 milyon manatlıq kompüterlər alıb

İstehlakçılar Azərbaycanın pərakəndə ticarət şəbəkəsində 2021-ci ilin yanvar-may aylarında kompüter, telekommunikasiya avadanlıqları və çap məhsullarına 107.5 milyon manat xərcləyib.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir.

Belə ki, ötən ilin 5 ayına nisbətən cari ildə kompüter, telekommunikasiya avadanlıqları və çap məhsullarının satışından gəlir 6.3% artıb.

2021-ci ilin yanvar-may aylarında alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin  0.7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının alınmasına sərf olunub.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.