20 C
Baku
Monday, October 7, 2024

Azərbaycan əhalisi geyimə avqustda ₼702 milyon pul xərcləyib

2024-cü ilin yanvar-avqust aylarında Azərbaycanda pərakəndə ticarət məntəqələrində toxuculuq məhsulları, geyim və ayaqqabılara 4 milyard 835.3 milyon manat vəsait xərclənib.

Banker.az  Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 4.8% çoxdur.

Qeyd edək ki, cari ilin avqust ayında pərakəndə ticarət məntəqələrində toxuculuq məhsulları, geyim və ayaqqabılara xərclənən vəsaitin həcmi isə 702 milyon manata bərabər olub.

Son xəbərlər
Digər xəbərlər