37 C
Baku
Tuesday, August 16, 2022

Azərbaycan əhalisi nağd ödənişə üstünlük verir yoxsa onlayn alış-verişə? – Sorğu

Gənclərin əksəriyyəti İnternet üzərindən alış-veriş edib.

Banker.az bu barədə “Business İnsight” şirkətinin apardığı araşdırmaya istinadən xəbər verir.

“Siz indiyə kimi bir dəfə də olsa İnternet üzərindən onlayn alış-veriş etdinizmi?” (Buraya kommunal ödənişlər, balans artırma, və s. xidmətlər də daxildir) sorğusuna ümumi Azərbaycan üzrə 25.2% “xeyr”, 74.8% isə “bəli” olaraq cavablayıb.

int

Onlayn alışlarda 20-25 arası gənclər 15-19 yaş arasında olanları, kişilər qadınları, bakılılar isə region gənclərini qabaqlayır. Onu da qeyd edək ki, gənclər arasında ayda 2-3 dəfəki alışlar çoxluq təşkil edir.

Nağd ödəniş onlayn alış etməyən gənclər arasında daha rasional hesab edilir. “Bir məhsulu onlayn almaqda sizə nə mane olur?” sorğusuna 43.5% “marağım yoxdur/nağd almağa üstünlük verirəm”, 14.5% isə “güvənmirəm/etibar etmirəm” deyə cavab verib.

ng

Son xəbərlər
Oxşar xəbərlər