22 C
Baku
Monday, October 7, 2024

Azərbaycan əhalisi noyabrda geyimə 1 milyard manatdan çox pul xərcləyib

Toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 449.1 milyon
manat dəyərində məhsul istehsal edilmiş, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə toxuculuq sənayesində 12.7 faiz artım, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalında 11.4 faiz, geyim istehsalında isə 13.3 faiz azalma müşahidə olunub.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində toxuculuq məhsulları, geyim və ayaqqabılara 7 milyard 541.8 milyon manat vəsait xərclənib, bu da illik müqayisədə 5.4% artım deməkdir.

Bu ilin təkcə noyabr ayında isə toxuculuq məhsulları, geyim və ayaqqabılara 1 milyard 93 milyon manat xərclənib.

Son xəbərlər
Digər xəbərlər