2023-cü ilin yanvar ayında əhalinin sayı 4228 nəfər və ya 0.04 faiz artaraq 2023-cü il fevral ayının 1-i vəziyyətinə 10131373*) nəfərə çatmışdır.
Banker.az bu barədə DSK-ya istinadən xəbər verir.
2022-ci ilin yanvar ayında əhalinin sayı 4282 nəfər və ya 0.04 faiz artaraq 2022-ci il fevral ayının 1-i vəziyyətinə 10160648 nəfərə çatmışdı. Ötən il və bu ilin eyni dövrlərində artım sürəti eyni olaraq qalıb.
Əhalinin 54.6 faizini şəhər, 45.4 faizini kənd sakinləri, 49.8 faizini kişilər, 50.2 faizini isə qadınlar təşkil edir.