21 C
Baku
Tuesday, April 16, 2024

Azərbaycan əhalisinin sayı açıqlandı

Azərbaycanda əhalinin sayı 10 milyon 122 min 148 nəfərə çatıb.

Bu barədə Dövlət Statistika Komitəsinin 2021-ci il 1 fevral tarixinə olan statistik göstəricilərində qeyd olunub.

Belə ki, ilin əvvəlindən ölkə əhalisinin sayında 3015 nəfər və ya 0,03 faiz artım qeydə alınıb.

Əhalinin 53 faizini şəhər, 47 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.

Bir kvadrat kilometrə düşən əhalinin sayı ölkə üzrə 117 nəfər olub.

Son xəbərlər
Digər xəbərlər