33 C
Baku
Wednesday, July 17, 2024

“Azərbaycan əməliyyatlar sistemində “Windows”un bazar payı artır, “Android” azalır

Bu ilin yanvar ayında Azərbaycanın “Windows” əməliyyatlar sistemində bazar payı 34% təşkil edib.

Banker.az “Global Stats” statistika mərkəzinə istinadən xəbər verir ki, bu, ötən ilin dekabr ayı ilə müqayisədə 0.25% çoxdur.

“Android”  əməliyyatlar sisteminin daxili bazar üzrə payı isə 52.97% təşkil edib ki, keçən  dekabr ayı ilə müqayisədə bu göstərici 0.13% azalıb.

“iOS” Əməliyyatlar sisteminin bazar payı isə bu ilin dekabr ayında 9.51% təşkil edib ki, bu da ötən 1 ayla müqayisədə 1.45 % çoxdur.

Son xəbərlər
Digər xəbərlər