26 C
Baku
Saturday, July 27, 2024

Azərbaycan Ərbildə Baş Konsulluq açmağı planlaşdırır

Azərbaycan Ərbil şəhərində (İraqın şimalında) Baş Konsulluq açmağı planlaşdırır.

“Bu məsələ Azərbaycan prezidenti İlham Əliyev ilə İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani arasında görüş zamanı müzakirə olunub”, – Ərbildəki regional hökumət məlumat verib.

Xəbər verildiyi kimi, fevralın 18-də Münxendə Azərbaycan prezidenti İlham Əliyevin İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani ilə görüşü olub.

“Bərzani Azərbaycanla İraqın Kürdüstan Regionu arasında əlaqələrin inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu deyib. İraqın Kürdüstan Regionu ilə Azərbaycan arasında ortaq tarixi və mədəni əlaqələrin olduğunu qeyd edən Neçirvan Bərzani diqqətə çatdırıb ki, bu regionun Türkiyə ilə də çox sıx münasibətləri var və bu xüsusda birgə əməkdaşlıq layihələrinə baxıla bilər”, – dövlət başçısının saytında dərc olunmuş məlumatda bildirilib.

Azərbaycanla Türkiyə arasında qardaşlıq əlaqələrinin mövcud olduğunu bildirən Əliyev bu çərçivədə üçtərəfli əməkdaşlıq mexanizmlərinin perspektivdə nəzərdən keçirilə biləcəyini deyib.

O əlavə edib ki, İraqın Kürdüstan Regionu ilə iqtisadiyyat, ticarət sahələrində əlaqələrin inkişaf etdirilməsi üçün böyük potensial var. Ona görə də biznes dairələri arasında birbaşa əlaqələrin qurulması, həmçinin biznes şurası formasında müxtəlif təsisatların yaradılması məsələlərini nəzərdən keçirmək olar.

“Prezident Əliyev Neçirvan Bərzanini Azərbaycana səfərə dəvət edib”, – məlumatda qeyd olunub.

Son xəbərlər
Digər xəbərlər