Azərbaycan əsilli iş adamı 7 milyard dollar itirib

Azərbaycan əsilli rusiyalı iş adamı, “Lukoyl” şirkətinin prezidenti Vahid Ələkbərov 2020-ci ilin əvvəllərində 7,17 milyard dollar pul itirib.

“Forbes” jurnalına istinadən xəbər verilir ki, hazırda 15,1 milyard dollar sərvətə malik olan Ələkbərov dünyanın 110-cu ən zəngin iş adamıdır.

Onun 2020-ci ilin yanvarında 22,4 milyard dollar sərvəti var idi.