19 C
Baku
Thursday, May 30, 2024

Azərbaycan 1-ci yarımildə TRASEKA ilə daşınmadan 368 mln. manata yaxın qazanıb

Bu ilin yanvar-iyun aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRASEKA) Azərbaycan hissəsində yük və sərnişin daşınmasından əldə olunan gəlir illik müqayisədə 25.3% artıb.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Komitənin məlumatına əsasən, cari ilin birinci yarımilində TRASEKA-nın Azərbaycan hissəsində yük və sərnişin daşınmasından əldə olunan gəlir 367 837.9 min manat təşkil edib. Ötən ilin ilin birinci yarısında isə bu göstərici 293 570.1 min manat olub.

Hesabat dövründə, Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində yük daşınmasından 347 622.6 min manat, sərnişin daşınmasından isə 20 215.3 min manat gəlir əldə edilib, bu da illik müqayisədə müvafiq olaraq 24.7% və 37.4% çoxdur.

Son xəbərlər
 ⁠
Digər xəbərlər