23 C
Baku
Saturday, April 20, 2024

Azərbaycan 2021-ci ildə qaz hasilatını 47% artıracaq

Azərbaycanda 2021-ci ildə 45 mlrd. kubmetr qaz hasil olunacağı gözlənilir.

APA-nın məlumatına görə, bunu Azərbaycanın Energetika naziri Pərviz Şahbazov YAP-ın qərargahında keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, gələn il ölkədə qaz hasilatının 40,2 mlrd. kubmetr olacağı proqnozlaşdırılır.

 

“Ötən ilin göstəricisi ilə müqayisədə bu il qaz hasilatının 19% və ya 5,8 mlrd. kubmetr artacağı gözlənilir”, – deyə nazir əlavə edib.

P. Şahbazovun sözlərinə görə, bu ilin 8 ayı ərzində Azərbaycanda 23,1 mlrd. kubmetr qaz hasil edilib ki, bu da illik müqayisədə 18,8% çoxdur.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2018-ci ildə ölkədə 30,6 mlrd. kubmetr qaz hasil edilib.

 

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər