28 C
Baku
Tuesday, July 23, 2024

Azərbaycan 2025-ci ilədək Türkiyəyə 10 mlrd kubmetrdən çox təbii qaz ixrac edəcək

“Azərbaycan və Türkiyə bu ildən “Şahdəniz-1″ üzrə qaz müqaviləsini yeniləyib və bu müqavilə üzrə 2024-cü ilin sonunadək Türkiyəyə ümumilikdə, 10 milyard kubmetrdən çox təbii qaz ixrac ediləcək”.

Bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov Bakıda keçirilən Azərbaycan-Türkiyə 1-ci Enerji Forumunda açılış nitqində deyib.

Təxminən bir il davam edən gərgin danışıqlardan sonra, Azərbaycan və Türkiyə bu ilin aprel ayında başa çatan Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum qaz kəməri) ilə qaz ticarətini tənzimləyən 20 illik müqavilənin əvəzinə yeni bir müqavilə bağlayıb.

Xatırladaq ki, 2001-ci ildə imzalanmış müqaviləyə əsasən, Türkiyənin Cənubi Qafqaz üzərindən Bakı-Tbilisi-Ərzurum boru kəmərləri ilə nəql edilən Xəzər dənizin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz yatağından ildə 6,6 milyard kubmetr qaz idxal edilib.

Qeyd edək ki, iyul ayında Türkiyənin dövlət enerji tənzimləyicisi Azərbaycan qazını Türkiyəyə daşıyan iki boru kəmərində – Cənubi Qafqaz Boru Kəməri və Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə gündəlik istifadə edilməyən “spot tutum” hərraclarını keçirməyə başlayıb. İndiyə qədər keçirilən üç hərracda bu il üçün aylıq və rüblük tutumu və 2022-ci ildən 2024-cü ilə qədər illik tutum təklif edilib. Bu, əldə edilən razılaşmanın yalnız 2024-cü ilin sonuna qədər uzandığını göstərir.

Bu hərracda Türkiyənin dövlət qaz idxalçısı şirkəti olan BOTAŞ yeganə iddiaçı olub və yalnız Cənubi Qafqaz Boru Kəmərindəki tutum üçün təkliflər verib, hecab edərək ki, AGSC Avropaya ixracatını artırmaq üçün qalan ehtiyat TANAP tutumuna sahib olmaq istəyir.

Bu gün üçün BOTAŞ ilin sonuna qədər Cənubi Qafqaz Boru Kəmərində gündəlik spot tutumunun təxminən üçdə birini sifariş edib. Eyni zamanda, kəmərin 2022-ci il üçün gündəlik rezervləri 2,62 milyard kubmetr, 2023-cü və 2024-cü illər üçün isə 3,84 milyard kubmetr və ya daha çox təşkil üdib. Bu isə köhnə müqavilə ilə idxal edilən illik qazın 6,6 milyard kubmetrin yarısına bərabərdir.

Türkiyə tərəfi aylıq hərraclarda ayrılmayan tutumu təklif etməyə davam edəcək və bu, AGSC-nin qazı satmağa razı olduğu təqdirdə BOTAŞ-a idxalı artırmasına imkan verəcək.

İllik razılaşma Bakıya önümüzdəki üç il üçün Türkiyəyə satacağı minimum qaz həcmini bilməkdə bir qədər əminlik verir, aylıq və rüblük hərracların davam etməsi isə BOTAŞ-a tələbata və daha geniş bazar şərtlərinə uyğun olaraq idxal etdiyi həcmi artırmağa imkan verir.

Qeyd edək ki, Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql olunur. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və TANAP vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər