21 C
Baku
Tuesday, July 16, 2024

Azərbaycan 4 ölkəyə ümumilikdə $21 mlrd.-dan çox investisiya qoyub

Energetika naziri Pərviz Şahbazov Qazaxıstanın Almatı şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) enerji nazirlərinin ikinci iclasında iştirak edib.       

Energetika Nazirliyindən Banker.az-a verilən məlumata əsasən, iclasda bildirilib ki, hazırda TDT üzvləri ilə ticarət dövriyyəmiz 4,6 milyard dolları ötüb, bu ölkələr iqtisadiyyatımıza 13,8 milyard dollar, Azərbaycan isə üzv dövlətlərə 21,3 milyard dollar investisiya qoyub.

Nazir çıxışında qeyd edib ki, “TANAP və TAP-ın şaxələndirilmiş və dayanıqlı enerji təchizatındakı rolu Aİ-nin Azərbaycanla strateji enerji tərəfdaşlığının yenilənməsini və 2027-ci ilədək Avropaya ixracın 20 milyard kubmetrə çatdırılmasını zəruri etdi.

Bildirilib ki, ötən ildən indiyə kimi TANAP və TAP ilə Türkiyə 9,6 milyard kubmetr, Avropa isə 16 milyard kubmetrdən çox təbii qazla təchiz edilib. Həmçinin Qarabağ bölgəsinin “Yaşıl enerji” zonasına çevrilməsində türk dövlətlərinin iştirakının, bərpa olunan enerji və enerji səmərəliliyi sahələrində aktiv əməkdaşlığın vacibliyi vurğulanıb. Qeyd edilib ki, Azərbaycanın türk dövlətləri ilə enerjidəki bu yeni addımları və müasir enerji kursu “Türk dünyası baxışı – 2040” sənədində enerji ilə bağlı hədəflərin gerçəkləşməsinə töhfə olacaq.

Qeyd edək ki, Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan Türk Dövlətləri Təşkilatına üzv, Türkmənistan və Macarıstan isə müşahidəçi dövlətlərdir.

Son xəbərlər
Digər xəbərlər