Azərbaycan 5 ölkəyə yanvarda 116 milyon dollarlıq mallar satıb

2021-ci ilin yanvar ayında qeyri neft-qaz məhsulları üzrə ən çox mal Türkiyəyə (52.7 milyon ABŞ dolları), Rusiyaya (42.8 milyon ABŞ dolları), İsveçrəyə (10 milyon ABŞ dolları), Gürcüstana (6.4 milyon ABŞ dolları) və Çinə (4.3 milyon ABŞ dolları)  ixrac edilib.

Banker.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2021-ci ilin fevral sayında bildirilir.

Ötən ilin yanvar ayında isə qeyri-neft sektoru üzrə 5 əsas ixrac ölkəsi Rusiya (48.2 milyon ABŞ dolları), Türkiyə (33.1 milyon ABŞ dolları), İsveçrə (17 milyon ABŞ dolları), Gürcüstan (8.5 milyon ABŞ dolları), Çindir (5.9 milyon ABŞ dolları)


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.