6 C
Baku
Sunday, January 29, 2023

Azərbaycan 6 700 metrədək dərinlikdən çıxardığı neft-qazdan $50.67 mln. əldə edəcək

Azərbaycanda Abşeron JOCAP-dən çıxarılcaq neft və qaz hasilatının proqnoz həcmləri açıqlanıb.

Banker.az xəbər verir ki, 2023-cü ildə bu yataqdan 3.47 mln. barrel həcmində neft və 1.22 mln. kub metr həcmində qaz hasil ediləcək. Bu əslində bu yataqdan hasil edilmiş ilk hadisədir.

Bu yataqdan hasil edilmiş neft və qazın müvafiq olaraq 0.60 mln. barreli və 0.21 mln. kub metri dövlətə, yaxud Azərbaycan Respublikası Dövlət Neft Fonduna mənfəət kimi qalacağı proqnoz edilir. Beləliklə, ildə neftin qiyməti ortalama 50 $/barel ilə götürüldükdə $50.67 mln. Fonda daxil olacaq.

Abşeron — qaz-kondensat yatağı Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən nəhəng yataqlardan biridir. Yataq Azəri-Çıraq-Günəşli neft-qaz yatağından cənub qərbdə dənizin 500 meter dərinliyində yerləşir. Yatağın sahəsi 260 kvadrat kilometr təşkil edir.

Yataqda neftlilik-qazlılıq Təbaşir yaşlı çöküntülərlə əlaqədardır. Yataqda suyun dərinliyi 250-650 metr arasında dəyişir. Məhsuldar laylar isə 6 500-6 700 metr dərinlikdə yatır.

İlkin qaz ehtiyatları 1 trilyon kub metr, kondensat ehtiyatları isə 945 milyon barel və ya 150 milyon ton təşkil edir. Abşeron layihəsində pay bölgüsü aşağıdakı qaydada bölünmüşdür: Total (operator, 40%), SOCAR (40%) və Engie (20%).

SOCAR-ın qiymətləndirmələrinə görə, yatağın potensial ehtiyatları 350 mlrd. kubmetr qaz və 45 mln. ton kondensat təşkil edir.

Qeyd edək ki, bu əməliyyat “Absheron Petroleum” Birgə Əməliyyat Şirkəti ilə aparılır.

Son xəbərlər
Digər xəbərlər
X