18 C
Baku
Tuesday, April 23, 2024

Azərbaycan alimlərinin elmi nailiyyətləri kommersiyalaşdırılacaq

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Yüksək Texnologiyalar Parkının (YTP) inkubasiya mərkəzinə 2 startap rezident qəbul olunub. Bunu YTP-nin direktoru Nazim Şükürov deyib.

Onun sözlərinə görə, Mərkəzə qəbul olan rezidentlərdən biri səhiyyə sahəsində informasiya sisteminin yaradılması, digəri isə neft qurğularında hasilat zamanı itkilərin azaldılması layihəsinin icrası ilə məşğuldurlar.

“Neft sahəsində icra olunacaq layihə alimlər tərəfindən hazırlanıb və artıq demək olar ki, müvəffəqiyyətlə tətbiq olunur. Müəyyən edilib ki, bu layihə tam olaraq şirkət qismində çıxış edə bilər”, – deyə N. Şükürov qeyd edib.

APA-Economics

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər