12 C
Baku
Sunday, October 27, 2024

Azərbaycan alkoqollu içkilərin xaricə satışını azaldıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycandan 1 818.54 min ABŞ dolları dəyərində alkoqollu və alkoqolsuz içkilər və sirkə ixrac olunub.

Banker.az-ın Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, ixracın dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə 37.4% azalıb.

Ötən ilin eyni aylarında isə Azərbaycandan 2 905.07 min ABŞ dolları dəyərində alkoqollu və alkoqolsuz içkilər və sirkə ixrac olunub.

Cari ilin ilk iki ayında qeyd olunan məhsulların ixracda xüsusi çəkisi 0.07%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 0.55%-ə bərabər olub.

Son xəbərlər
Digər xəbərlər