25 C
Baku
Saturday, July 27, 2024

Azərbaycan alüminium ixracından gəlirləri kəskin artdı

Azərbaycan 2021-ci ilin yanvar-sentyabr ayları ərzində ixrac etdiyi alüminiumun həcmi cüzi artsa da, dəyər baxımdan daha kəskin artıb. Dəyər baxımdan idxalın həcmi 56% artıb.

Banker.az bu barədə Dövlət Gömrük Komitəsinin aylıq (sentyabr üçün) göstəricilərinə istinadən xəbər verir.

Məsələn, 2020-ci ildə 40.9 min tonluq əlvan metal olan alüminium ixrac edib ki, bunun da qarşılığında xaricdən 73.75 milyon ABŞ dolları həcmində valyuta gəlmişdi. Bu rəqəm isə 2021-ci ildə müvafiq olaraq 44.72 min ton üçün, 114.88 milyon dollar olmuşdur.

İxrac dəyərindəki artıma əsas səbəb, alüminiumun xam mal kimi ixracındansa, ondan hazırlanan məhsulların ixracına daha çox güc verməsidir. Əlavə olaraq isə bu əlvan metalın dünya birjalarında qiymətində mühüm artımlar müşahidə edilir.

Son xəbərlər
Digər xəbərlər