25 C
Baku
Saturday, July 13, 2024

Azərbaycan aprel ayında Latviya və Qətərə ixrac missiyaları təşkil edəcək

Cari ilin aprel ayında İqtisadiyyat Nazirliyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) iki ixrac missiyası təşkil edəcək – Latviya və Qətərə. Bu barədə AZPROMO-dan məlumat verilib.

“Aprelin 7-dən 10-dək Latviyanın Riqa şəhərinə ixrac missiyası təşkil olunacaq. İxrac missiyasına qida sektoru, şərab və spirtli içkilər, tekstil, turizm sahələrində fəaliyyət göstərən şirkətlər daxil olacaq”, – AZPROMO-dan qeyd ediblər.

Bundan başqa, aprelin 12-dən 16-dək Qətər Əmirliyinin Doha şəhərinə ixrac missiyası təşkil olunacaq. İxrac missiyası qida məhsulları, tekstil, tikinti və turizm sahələri ilə məşğul olan sahibkarları əhatə edəcək.

“İxrac missiyaları çərçivəsində sahibkarlarla ikitərəfli görüşlər baş tutacaq. Həmin görüşlərdə Azərbaycan məhsullarının bu ölkələrin bazarlarına tədarükünün genişləndirilməsi məsələləri müzakirə ediləcək”, – AZPROMO-nun nümayəndəsi qeyd edib.

2018-ci ildə Azərbaycan dünyanın 10 ölkəsinə 11 ixrac missiyası təşkil edib. İndiyədək «Made in Azerbaijan» brendinin təşviqi məqsədilə ümumilikdə 24 ixcrac missiyası həyata keçriilib.

Son xəbərlər
Digər xəbərlər