24 C
Baku
Thursday, April 18, 2024

Azərbaycan Avropa Şurasının yeni Konvensiyasını təsdiqləyəcək

Azərbaycan “Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurası Konvensiyasını təsdiqləyəcək.

“Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurası Konvensiyasının təsdiq edilməsi barədə” qanun layihəsi Milli Məclisin oktyabrın 22-də keçiriləcək plenar iclasının gündəliyinə daxil edilib.

Qanun layihəsi Azərbaycan Respublikasının bəyanatı ilə birgə qəbul olunacaq. Azərbaycan Respublikası bəyan edir ki, Konvensiyanın müddəaları Ermənistana münasibətdə Azərbaycan Respublikası tərəfindən tətbiq edilməyəcək.

Azərbaycan bəyan edir ki, Ermənistan tərəfindən işğal olunmuş ərazilərində (Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionu və ona bitişik yeddi rayonu) Konvensiyanın müddəalarının həyata keçirilməsinə həmin ərazilər işğaldan azad olunanadək və işğalın nəticələri tam aradan qaldırılanadək təminat verilmir. Azərbaycan bəyan edilən bu halları istənilən zaman dəyişdirmək və ya ləğv etmək hüququnu özündə saxlayır və digər tərəflər hər hansı bu cür dəyişikliklər və ya ləğvetmələr haqqında yazılı şəkildə məlumatlandırılacaq.

©APA

Son xəbərlər
Digər xəbərlər