17 C
Baku
Tuesday, July 5, 2022

Azərbaycan–Avstriya biznes forumu keçiriləcək

Azərbaycan və Avstriya arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahəsində əməkdaşlıq üzrə Qarışıq Komissiyanın 10-cu iclasının və Azərbaycan–Avstriya biznes forumunun keçirilməsi nəzərdə tutulur.

Banker.az xəbər verir ki, bu məsələ rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətovun Azərbaycanda səfərdə olan Avstriyanın Rəqəmsal və İqtisadi İşlər üzrə Federal Nazirliyinin Xarici İqtisadi Əlaqələr Qrupunun rəhbəri Franz Vessiqlə gürüşündə müzakirə olunub.

Tərəflər Qarışıq Komissiyanın səmərəli platforma olduğu vurğulanıb. Xatırladaq ki, Komissiyanın Azərbaycan tərəfindən həmsədri nazir Rəşad Nəbiyev, Avstriya tərəfdən həmsədri isə Franz Vessiqdir.

Son xəbərlər
Oxşar xəbərlər