Azərbaycan-Avstriya iqtisadi komissiyası ticari missiya ilə birlikdə növbəti iclası Bakıda keçirilə bilər

Avstriya-Azərbaycan komissiyasının ticari missiya ilə birlikdə növbəti iclasının 2020-ci ilin birinci yarısında Bakıda keçirilməsi planlaşdırılır.

Bu barədə Avstriyanın Rəqəmsal və iqtisadi məsələlər üzrə Federal Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, müştərək Avstriya-Azərbaycan komissiyası ikitərəfli iqtisadi əlaqələrin inkişafına mühüm töhfə verir: “Onun əsas vəzifələri gələcək əməkdaşlığın prioritetlərini tənzimləmək, layihələrin müəyyənləşdirilməsi və problemlərini həll etməkdir. Sinerjini gücləndirmək üçün müştərək komissiyaların görüşləri ikitərəfli ticari missiyalar və iqtisadi forumlarla paralel təşkil olunur”.

Ticarətin hazırkı vəziyyətinə gəlincə, nazirlik ikitərəfli ticarətin və sərmayə həcmlərinin mövcud potensialdan qat-qat aşağı olduğunu bildirib. Bununla belə, ikitərəfli ticarəti Avstriya şirkətlərinin telekommunikasiya, infrastruktur, turizm, bərpa olunan enerji, kənd təsərrüfatı (qida emalı, yem istehsalı, heyvandarlıq müəssisələri) və ətraf mühitin qorunması kimi sahələrdə təcrübəsindən və Azərbaycanın təklif etdiyi imkanlardan istifadə edərək artırmaq olar.

Avstriyanın Rəqəmsal və iqtisadi məsələlər üzrə Federal Nazirliyindən deyilir ki, müxtəlif sahələrdə (maşınqayırma, kimya, tekstil, avtomobil və qida sənayeləri) biliklərin ötürülməsi istiqamətində əməkdaşlıq üçün başqa imkanlar da mövcuddur.

Qeyd edək ki, Azərbaycanın Dövlət Gömrük Komitasinin məlumatlarına görə, 2019-cu ildə Azərbaycan ilə Avstriya arasında ikitərəfli ticarətin həcmi 268,1 milyon dollar, Azərbaycandan Avstriyaya ixracın həcmi 185,7 milyon dollar, Avstriyadan idxal isə 82.3 milyon dollar təşkil edib.

©Trend


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar 24 saat işləyən exchangelər Şənbə günü işləyən bank filialları