12 C
Baku
Sunday, October 27, 2024

Azərbaycan bankı MDB-də analoqu olmayan Dual Card istifadəyə verdi

Bu gün KapitalBank Visa şirkəti ilə birlikdə MDB və Cənub şərqi Avropada analoqu olmayan Dual Card istifadəyə verib. Qeyd olunan kart vasitəsi ilə bütün kart əməliyyatlarını həyata keçirə bilər , debet və kredit kartlarını özündə birləşdirən innovative bir məhsuldur.

Visa Dual Card Azərbaycanda buraxılan digər kartlardakı kimi çiplə buraxılmışdır. Fərq ondan ibarətdirki , bu kart özündə həm debet həmdə kredit kartının nömrələrini bir arada birləşdirir. Onların hərəsinin öz nömrəsi mövcuddur və kartın üzrəində hər iki nömrə qeyd olunur. Müştərinin əməliyyatından asılı olaraq bank müstəqil olaraq hansı kartı aktivləşdiricəyinə qərar verir.

Müştəri həmçinin kartdan POS terminalda istifadə etdiyi zaman, sistem ona silinmənın hansı kartdan silinməsini seçim şəklində təklif edir.

“Azərbaycanda Kapital bankla birlikdə buraxdığımız Visa Dual Card məhsulumuz özlüyündə ənənəvi bank məhsuluna yeni baxışı təqdim edir. Onun işlənməsi – bazarın tələblərinə cavab verən müasir kart həllininin yaranmasına innovativ yanaşmanın tətbiq olunma həllidir.”, – Bu, Azərbaycan, Belarusya və Moldavada regional menecer olan İqor Kavalyovun şərhidir. – “Azərbaycan regionda bizim bu innovativ məhsulu buraxan ilk ölkədir. Ümid edirəm ki, istehlakçılar yeni məhsulun üstünlüklərini dəyərləndirəcəklər, Azərbaycanda bütün növ elektron ödəmələrin inkişafına müsbət təsir göstərəcək. Biz Azərbaycan iqtisadiyyatında nəğd olmayan ödəniş formasının populyarlaşdırılması ilə bağlı müasir ödəmə həllini yaratmaq üçün partnyorlarımızla, dövlət orqanları və icra orqanları ilə bundan sonra da əməkdaşlıq etmək niyyətindəyik.

“Kapital Bank ölkənin ən böyük banklarından biri olmaqla 90 filial və 2 şöbədən ibarət iri xidmət şəbəkəsinə malikdir. Bir sıra beynəlxalq ödəniş sistemləri ilə əməkdaşlıq edən Kapital Bank, 2003-cü ildən etibarən Visa International beynəlxalq ödəniş sisteminin üzvüdür. Kart məhsullarının təqdimatında və aksiyalarda Visa ilə sıx əməkdaşlıq edirik. Əminəm ki, bu layihə də Kapital Bank-a uğur gətirəcək” – deyə, Kapital Bank-ın Satış kanalları departamentinin direktoru Vüsal Nağıyev bildirib.

Son xəbərlər
Digər xəbərlər