12 C
Baku
Sunday, October 27, 2024

Azərbaycan bankı Qarabağdakı şirkətlərə 132 mln. manat kredit ayırıb

“PAŞA Bank” ötən il Qarabağda fəaliyyət göstərən şirkətlərə ayırdığı kreditin həcmini açıqlayıb.

Bu barədə Bankın İdarə Heyətinin sədri Cavid Quliyev məlumat verib.

O bildirib ki, bank 2022-ci ildə işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən şirkətlərə ümumilikdə 132 milyon manat həcmində kredit ayırıb.

“Ümumilikdə bankın kredit portfeli ötən il 9% artaraq 2 milyard 279 milyon manata yüksəlib”- Cavid Quliyev əlavə edib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər