26 C
Baku
Saturday, July 27, 2024

Azərbaycan bankının Müşahidə Şurasının tərkibi tam dəyişib

Azərbaycanın AFB Bank-ının səhmdarları bankın Müşahidə Şurasının tərkibini tamamilə dəyişiblər.

Bankdan verilən məlumata görə, Vüsal Eynullayev Müşahidə Şurasının yeni sədri təyin edilib. Bundan başqa, Şuranın tərkibinə Samir Şirinov daxil olub.

Bundan əvvəl Şuranın tərkibinə sədr Məmməd Cahangirov və üzvlər İntiqam Səfərəliyev və Fərid Əlizadə daxil idi.

Qeyd edək ki, Vüsal Eynullayev bundan əvvəl “Bank of Baku” ASC-nin İdarə Heyətinin (İH) sədr müavini olub.

MənbəTrend
Son xəbərlər
Digər xəbərlər