28 C
Baku
Saturday, July 27, 2024

Azərbaycan bankının pul yatırdığı “MasterCard” xalis mənfəətini 27,7% artırıb

“MasterCard” beynəlxalq ödəmə sisteminin xalis mənfəəti 2019-cu ilin yanvar-iyun ayları ərzində 2018-ci ilin analoji dövrü ilə müqayisədə 27,7% artıb. Göstərici 3,91 milyard dollar təşkil edib. 

Bir səhm üzrə əldə edilən gəlir 3,8 dollar təşkil edib. Hesabat dövrü ərzində şirkətin gəliri 10,5% artaraq 8 milyard dollara çatıb. 

2019-cu ilin ikinci rübü üzrə “MasterCard” ın xalis mənfəəti 2,04 milyard dollar olub ki, bu da 2018-ci ilin aprel-iyun ayları ilə müqayisədə 30,5% çoxdur. 

Üç ay ərzində bir səhm üzrə əldə edilən gəlir 2 dollar təşkil edib. Hesabat dövrü ərzində şirkətin gəliri 12,2% artaraq 4,113 milyard dollara çatıb. 

Xatırladaq ki, ötən il Azərbaycanın “Kapital Bank” ASC-si “Master Card” və “Visa Inc.”ın nizamnamə kapitalına 6,13 milyon manat dəyərində vəsait yatırıb. “Master Card”ın nizamnamə kapitalına 2 mln. manatdan çox vəsait yatırıb.

 

Son xəbərlər
Digər xəbərlər