4 C
Baku
Monday, February 26, 2024

Azərbaycan bankları bir ayda 43 nəfəri işə götürüb

Azərbaycanda 2021-ci ilin mart ayında bank işçilərinin sayı 18 767 nəfər olub.

Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

2021-ci ilin fevralda bank sektorunda çalışan işçilərin sayı 18 724 nəfər təşkil edib ki, bu da aylıq müqayisədə 43 nəfərin artması deməkdir.

2020-ci ilin mart ayında isə bank işçilərinin sayı 19 846 nəfər olub. Belə ki, illik müqayisədə bu il bank işçilərinin sayı 1 079 nəfər azalıb.

Qeyd edək ki, əsas bank göstəricilərində müşahidə olunan azalma lisenziyası geri çağırılmış banklarla əlaqədardır.

Son xəbərlər
Digər xəbərlər